Tixanovskaya Lukaşenko ilə qarşıdurmasında müasir texnologiyaların rolundan bəhs edib

2026/05/1778010354.jpg
Oxunub: 387     23:47     05 May 2026    
Belarusda prezident seçkilərində keçmiş namizəd Svetlana Tixanovskaya İrəvanda keçirilən “İrəvan Dialoqu-2026” beynəlxalq forumunda çıxış edib.

Ordu.az xəbər verir ki, o, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə qarşıdurmasında müasir texnologiyaların rolundan bəhs edib.

“Beş il əvvəl texnologiyalar sayəsində diktatorun seçkilərdə məğlub olduğunu sübut edə bildik. Müasir texnologiyalar və müxtəlif mesajlaşma platformaları insanlara küçələrə çıxmağa və fəaliyyətlərini koordinasiya etməyə imkan verdi. Lukaşenko isə Belarusda interneti tamamilə dayandıra bilmədi.

Eyni zamanda repressiyalardan sonra texnologiyalar və mesajlaşma vasitələri ölkəni tərk etməyə məcbur olan tərəfdarlarımızla əlaqəni saxlamağa kömək etdi. Problem ondadır ki, diktatorlar da texnologiyalardan öz maraqları üçün istifadə etməyi öyrənirlər. Buna görə də texnologiyaların kimin əlində olmasından asılı olaraq həm faydalı, həm də zərərli məqsədlərlə istifadə edilə biləcəyini anlamaq vacibdir.

Biz çox yaradıcı xalqıq və təbliğata qarşı mübarizə aparmaq üçün bütün imkanlardan istifadə edirik. “Google” və “Meta” kimi iri texnologiya şirkətləri ilə əməkdaşlıq edirik və onlardan təbliğat xarakterli məlumatların bloklanmasını xahiş edirik”, - deyə Tixanovskaya bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tixanovskaya   Lukaşenko   Belarus  


Bizi "telegram"da izləyin