Ordu.az xəbər verir ki, Tramp bu barədə Oval kabinetdə çıxışı zamanı danışıb.
Ondan atəşkəsin pozulması kimi hansı addımların qiymətləndirilə biləcəyi soruşulub.
“Onlar nəyi etməməli olduqlarını bilirlər”, - deyə Tramp bildirib.
Tramp eyni zamanda İranla münaqişənin əhəmiyyətini azaltmağa çalışaraq bunu “kiçik toqquşma” adlandırıb.
“Bizim kiçik hərbi toqquşmamız var. Mən buna “toqquşma” deyirəm, çünki İranın heç bir şansı yoxdur. Onların heç vaxt şansı olmayıb. Onlar bunu bilirlər”, - deyə Tramp bildirib.
Daha əvvəl, bazar ertəsi Tramp İranla qarşıdurmanı “mini-müharibə” adlandırmışdı.
Sevinc Əliyeva
Ordu.az