“Roma Papası çoxsaylı katolikləri təhlükəyə atır” - Tramp

2026/05/1778010256.jpg
Oxunub: 21     23:22     05 May 2026    
ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Leonu yenidən tənqid edib.

Ordu.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Tramp papanı “çoxsaylı katolikləri təhlükəyə atmaqda” ittiham edib.

Tramp bildirib ki, XIV Leo “İranda nüvə silahının olmasını normal hesab edir”.

Açıqlama ABŞ dövlət katibi Marko Rubio ilə Roma Papası arasında planlaşdırılan görüşdən iki gün əvvəl səsləndirilib.

“Roma Papası İranda nüvə silahının mövcudluğunu normal hesab etdiyini deməyə üstünlük verir və mən bunun yaxşı olduğunu düşünmürəm”, - deyə Tramp bildirib.

“Düşünürəm ki, o, çoxsaylı katolikləri və bir çox digər insanları təhlükəyə atır. Əgər bu, Roma Papasından asılı olsaydı, o, İranın nüvə silahına sahib olmasını normal sayardı”, - deyə ABŞ Prezidenti əlavə edib.

Nəşrin qeyd etdiyinə görə, Roma Papası heç vaxt İranın nüvə silahına sahib olmalı olduğunu deməyib, əksinə bu ölkədə müharibəyə və Yaxın Şərqdə gərginliyin artmasına qarşı çıxaraq atəşkəs və dialoqa çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Roma-Papası  


Bizi "telegram"da izləyin