Ordu.az xəbər verir ki, bu barədə “Qazeta.ru”ya müsahibəsində deputat Aleksandr Tolmaçov bildirib.
“Ermənistan tarixi yol seçimində səhv edərsə, Ukraynanın taleyini təkrarlaya bilər. Qonşu ölkə özünü Avropa masasına təqdim etməklə risk edir”, - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, Ukraynanın silahlı qüvvələrinə və iqtisadiyyatına dəstək barədə bəyanatlar tamamilə məzmunsuzdur. Əslində isə Avropa yalnız Kiyev və İrəvanın hansı resurslarını “özünə götürə biləcəyini” anlamağa çalışır.
“Əsl məqsəd diqqəti yayındırmaq və “möhkəm birlik” görüntüsü yaratmaqdır. Belə birlik isə mümkün deyil, çünki Avropa nə Ermənistanla, nə də Ukrayna ilə bərabər tərəf kimi danışmağa hazır deyil. Zelenskinin iştirakına gəlincə, yalnız bunu deyə bilərəm: terrorçu rejimin qeyri-legitim rəhbəri ilə görüşməklə Avropa İttifaqı liderləri öz legitimliklərini şübhə altına qoyurlar”, - deyə Tolmaçov bildirib.
Sevinc Əliyeva
Ordu.az