Ukraynanın İrpen şəhər Şurası Prezident İlham Əliyevi fəxri vətəndaş elan edib

2025/11/1763707547.jpg
Oxunub: 284     16:26     30 Aprel 2026    
Ukraynanın İrpen şəhər Şurası Azərbaycan Prezidenti İlham Əliyevi şəhərin fəxri vətəndaşı elan edib.

Ordu.az-ın məlumatına görə, bunu İrpen şəhər Şurasının rəhbəri, şəhərin meri əvəzi Anjela Makeyeva bildirib.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Prezident İlham Əliyevin göstərişi ilə bu ölkəyə, o cümlədən İrpen şəhərinə müxtəlif humanitar yardımlar göstərilib.

O cümlədən, Azərbaycan hökumətinin köməyi ilə İrpendə lisey və şəhər poliklinikası bərpa olunub.

Azərbaycandan enerji böhranından əziyyət çəkən Ukraynaya 11 yardım paketi göndərilib.

Bundan başqa Ukraynanın müharibədən əziyyət çəkən bölgələrindən 500-dən çox uşaq reabilitasiya üçün Azərbaycana gətirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Azərbaycan  


Bizi "telegram"da izləyin