Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Fransa prezidenti əvvəlcə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak edəcək.
Ermənistan hökuməti bildirib ki, mayın 5-də Emmanuel Makronun Ermənistana dövlət səfəri başlayacaq.
“Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa prezidentinin təkbətək görüşü keçiriləcək, bunun ardınca iki ölkə liderlərinin geniş tərkibli görüşü baş tutacaq. Sənədlərin imzalanma mərasimindən sonra Nikol Paşinyan və Emmanuel Makron mətbuata bəyanatlarla çıxış edəcəklər.
Ermənistan prezidenti Vahaqn Xaçaturyan və Fransa prezidenti Emmanuel Makronun görüşü də keçiriləcək. Dövlət səfəri çərçivəsində Fransa prezidenti Ermənistan Baş nazirinin müşayiəti ilə Gümrüyə səfər edəcək və orada 1988-ci il zəlzələsinin qurbanlarının xatirəsini yad edəcək.
Nikol Paşinyan və Emmanuel Makron Gümrüdə “Musiqi körpüsü: Ermənistan-Fransa” adlı konsertdə iştirak edəcəklər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az