Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd edilib ki, Sülh Şurasının nizamnaməsini Ermənistan 2026-cı il yanvarın 22-də imzalayıb. Nizamnamə ABŞ tərəfindən 2026-cı il yanvarın 16-da imzalanıb.
“Nizamnaməni aşağıdakı ölkələr də imzalayıblar:
Azərbaycan, Argentina, Bəhreyn, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Monqolustan, Mərakeş, Pakistan, Paraqvay, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan.
Sülh Şurası beynəlxalq təşkilatdır, onun əsas məqsədi münaqişədən zərər çəkmiş ərazilərdə sabitliyin təşviqi və sülhün təmin edilməsidir. Sülh Şurası sülhün bərqərar edilməsi ilə bağlı bu funksiyaları, o cümlədən sülhə can atan bütün millətlər və icmalar tərəfindən tətbiq oluna biləcək ən yaxşı təcrübələrin beynəlxalq hüquqa uyğun və nizamnamədə müəyyən edilmiş qaydada hazırlanması və yayılmasını öz üzərinə götürür.
Sülh Şurasının nizamnaməsi üç dövlət onun onlar üçün məcburi qüvvəyə malik olması ilə razılaşdıqda qüvvəyə minir. Sülh Şurasının nizamnaməsi təsdiq üçün parlamentə göndəriləcək”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az