Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, səfirliyin açılışı rəsmən elan edilib.
Qeyd edilir ki, Ermənistan və Fransa xarici işlər nazirlərinin görüşü keçirilib.
“Tədbirdə Senat və parlamentin daimi komissiyalarının sədrləri, deputatlar, merlər, regional departamentin şəhər şurasının üzvləri, Fransa prezidentinin administrasiyası, Xarici İşlər Nazirliyi, digər qurumların nümayəndələri, həmçinin Fransada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər”, - deyə məlumatda bildirilir.
Alpər Mövludoğlu
Ordu.az