Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır - FOTOLAR

2026/04/dbfff-12442275139.jpg
Oxunub: 390     17:01     29 Aprel 2026    
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə kadr hazırlığının və ixtisaslaşmış struktur bölmələrin müvafiq kadrlarla təminatının gücləndirilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun kibertəhlükəsizlik üzrə mütəxəssisləri üçün "İdarəetmə, risklərin idarə olunması və uyğunluq (GRC - Governance, Risk, Compliance)" üzrə təlim kursu keçirilib.


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tabeliyində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin "CyberCollab" layihəsi çərçivəsində təşkil edilən kursun əsas məqsədi iştirakçıların kibertəhlükəsizlik sahəsində idarəetmə, risklərin idarə olunması və uyğunluq istiqamətləri üzrə bilik və bacarıqlarının artırılması, eləcə də beynəlxalq təcrübələrə uyğun yanaşmaların tətbiqinə dəstək verməkdir.


Təlim proqramı müddətində iştirakçılara GRC istiqamətinin əsas prinsipləri, risklərin qiymətləndirilməsi metodologiyaları, normativ tələblərə uyğunluğun təmin edilməsi, eləcə də təşkilati səviyyədə kiber risklərin effektiv idarə olunması mexanizmləri barədə ətraflı məlumat verilib.


İnteraktiv formatda keçirilən təlim kursu zamanı nəzəri biliklərlə yanaşı real iş mühitinə uyğun ssenarilər əsasında iştirakçıların peşəkar bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu   Kibertəhlükəsizlik   MN  


Bizi "telegram"da izləyin