Avropalı liderlərlə birlikdə Kanadanın baş naziri də Ermənistana gələcək

2026/04/1777443827.jpg
Oxunub: 489     10:25     29 Aprel 2026    
Gələn həftə Avropalı liderlərlə birlikdə Kanadanın baş naziri də Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana gələcək.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytından məlum olur.

“Azadlıq” radiosunun Ermənistan bürosunun məlumatına görə, Mark Karni bu Avropa formatının yaradılmasından bəri toplantıda qonaq kimi iştirak edəcək ilk qeyri-avropalı lider olacaq.

Rəsmi məlumata görə, sammit “Gələcəyi qururuq: Avropada birlik və dayanıqlılıq” şüarı altında keçiriləcək.

“İrəvanda müzakirələr demokratiyanın dayanıqlılığının möhkəmləndirilməsi, kommunikasiya əlaqələrinin inkişafı, iqtisadi və enerji təhlükəsizliyinin gücləndirilməsi üzərində cəmləşəcək. İştirakçılar daha sıx əməkdaşlıq və koordinasiyalı fəaliyyət vasitəsilə daha dayanıqlı, təhlükəsiz və vahid Avropa məkanının yaradılmasına necə töhfə verə biləcəklərini müzakirə edəcəklər”, - deyə Avropa Komissiyası bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Ermənistan  


Bizi "telegram"da izləyin