Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.
Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Valeri Lobaç dövlət başçısının mümkün səfəri ilə bağlı “News.am” nəşrinin müxbirinin sualını cavablandırarkən bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib. “Biz Vladimir Zelenskini İrəvanda görəcəyikmi?” sualına diplomat olduqca ehtiyatla cavab verib.
“Mən prezidentimizi burada, bu tədbirdə görməkdən məmnun olaram. Ona görə də yaşayarıq, görərik”, - deyə diplomat bildirib.
“Diplomatik nümayəndəliyin belə qeyri-müəyyən mövqeyi kifayət qədər maraqlı görünür. Nəzərə alaq ki, Ermənistan paytaxtında sammit artıq bir neçə gündən sonra, mayın 3-dən 5-dək keçiriləcək.
Xatırladaq ki, ötəngündən etibarən Ermənistan media məkanında Zelenskinin İrəvana edəcəyi səfərlə bağlı məlumatlar fəal şəkildə yayılmağa başlayıb. Mətbuat məlumatlarına görə, Ukrayna lideri Avropa Siyasi Birliyinin sammitində və tarixdə ilk Aİ-Ermənistan birgə sammitində iştirak edə bilər”, - deyə nəşr bildirib.
“168.am” portalının məlumatına görə, səfər artıq planlaşdırılıb, lakin xarici siyasət qurumları təhlükəsizlik səbəblərindən bunu son ana qədər ictimailəşdirməməyi üstün tuturlar.
“Mayın 4-nə planlaşdırılan sammit təmsilçilik səviyyəsinə görə müstəqil Ermənistan tarixində görünməmiş hadisə olacağına söz verir. Gözlənilir ki, İrəvana Fransa Prezidenti Emmanuel Makron, Avropa Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və digər yüksək vəzifəli avropalı rəsmilər gələcəklər”, - deyə “News.am” yazıb.
Alpər Mövludoğlu
Ordu.az