Koul Allenə Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı ittiham irəli sürülüb, onu ömürlük həbs gözləyir

2026/04/1777178803.jpg
Oxunub: 389     23:18     27 Aprel 2026    
31 yaşlı Koul Allen Kolumbiya dairəsinin federal məhkəməsi qarşısına çıxarılıb. Ona ABŞ prezidentinə qarşı sui-qəsd cəhdi ilə bağlı ittiham irəli sürülüb.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Allenə zorakı cinayət törədilməsi zamanı odlu silahdan istifadə, həmçinin odlu silah və sursat daşımaq ittihamları da irəli sürülüb.

“The New York Times” yazır ki, özünü təqsirli bilməyən Koul Allen binadan çıxarılıb. İclas üç gün sonra davam etdiriləcək. Onu ömürlük həbs cəzası gözləyir.

Allen Ağ Ev müxbirləri üçün təşkil edilmiş şam yeməyi zamanı ABŞ prezidenti administrasiyasının yüksəkvəzifəli rəsmilərinə hücum cəhdində ittiham olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Allen   Tramp  


Bizi "telegram"da izləyin