Jurnalist: “Ukrayna-İsrail münasibətlərində böhran yetişir”

2026/04/1777311854.jpg
Oxunub: 363     21:41     27 Aprel 2026    
Yüksəkvəzifəli ukraynalı diplomatik mənbə bildirib ki, Ukraynanın işğal olunmuş ərazilərindən oğurlanmış buğda daşıyan “Panoramitis” gəmisi Hayfa limanına daxil olub boşaldılarsa, bu, Ukrayna ilə İsrail münasibətlərində böhrana səbəb olacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” jurnalisti Barak Ravid yazıb.

“Biz həmin yeni gəmini izləyirik və buna göz yummayacağıq. Əgər ona yan almağa və yükünü boşaltmağa icazə verilərsə, xüsusilə ikitərəfli əlaqələrimiz üçün bunun nəticələri olacaq”, - deyə ukraynalı diplomatik mənbə bildirib.

O əlavə edib: “Əgər həmin gəmi və onun yükü görməzlikdən gəlinməzsə, biz diplomatik və beynəlxalq hüquqi vasitələrin bütün kompleksindən istifadə etmək hüququnu özümüzdə saxlayırıq”.

Mənbə qeyd edib ki, İsrail bundan əvvəl oğurlanmış buğda boşaltmış əvvəlki gəmi ilə bağlı onların tələblərini “faktiki olaraq görməzlikdən gəlib”.

“Açığını desək, bu, silləyə bənzəyir. Ukraynanın göstərdiyi xoş niyyəti nəzərə alsaq, İslam İnqilabı Keşikçiləri Korpusunu terror qurumu kimi tanımaqdan antisemitizmin cinayət məsuliyyətinə cəlb edilməsinə qədər”, - deyə ukraynalı diplomat bildirib. O əlavə edib: “Oğurlanmış yükdən qazanc götürmək İsrailin ləyaqətindən aşağı olmalıdır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   İsrail  


Bizi "telegram"da izləyin