Pakistan Oyundan Çıxdı: İran ABŞ Danışıqlarında Yeni Vasitəçi Axtarır

2026/04/1777309457.jpg
Oxunub: 734     21:09     27 Aprel 2026    
İran parlamentinin milli təhlükəsizlik komitəsinin üzvü Ebrahim Rezayi Pakistanı “qərəzsiz vasitəçi olmamaqda və Donald Trampı dəstəkləməkdə” tənqid edib və bununla İslamabad danışıq platformasına artıq ehtiyac olmadığını başa salıb. Onun qiymətləndirməsinə görə, Pakistan İran üçün dost ölkə olaraq qalır, amma vasitəçi yüksək beynəlxalq nüfuza malik olmalı və qərəzsiz olmalıdır.

Rusiyanın “RİA Novosti” dövlət agentliyi Livanın “Al Mayadeen” telekanalına istinadən bildirib ki, İran ABŞ-yə “üçmərhələli danışıqlar” təklif edib. Birinci mərhələdə müharibənin başa çatdığı təsbit edilməli, ABŞ hücumun təkrarlanmayacağına dair öhdəlik götürməlidir.

İran ikinci mərhələdə Hörmüz boğazına nəzarət məsələsini, Omanın maraqlarını da nəzərə almaqla tənzimləməyi təklif edir. Bu iki məsələdə razılıq əldə olunacağı halda İran nüvə proqramı ilə bağlı məsələləri müzakirə etməyə hazırdır.

Aprelin 27-də İranın xarici işlər naziri Abbas Əraqçi Moskvaya gedib. Danışıqların İslamabad platformasının ləğvindən sonra Rusiyanın vasitəçi ola biləcəyi məntiqli görünür. Lakin ABŞ İranla danışıqlarda Putinin iştirakına razı olacaqmı, bunu müəyyən etmək çətindir, xüsusilə də Ukrayna nizamlanmasında ABŞ vasitəçiliyi demək olar ki, “tükənib”.

İran-ABŞ danışıqlarında Türkiyənin vasitəçiliyi daha az ehtimal olunur. Tehran müharibənin başa çatmasının İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasını da əhatə etməli olduğunu israr edir. Bu məsələdə Ankara demək olar ki, eyni mövqedədir, buna görə Vaşinqton ABŞ-İsrail xüsusi münasibətlərini nəzərə alaraq, çətin ki, Türkiyənin roluna razı olsun.

Bu kontekstdə İran-ABŞ danışıqlarında Çinin vasitəçiliyi məntiqli görünür. ABŞ prezidenti Donald Tramp bir gün əvvəl İranın Çindən aldığı dəstək barədə suala cavab verərkən deyib ki, bu dəstək “daha böyük ola bilərdi” və o, Pekinin mövqeyindən “böyük məyusluq duymur”.

Ötən ay Çin Xarici İşlər Nazirliyi İrana qarşı müharibənin dayandırılması və mövcud problemlərin beynəlxalq hüquq və BMT Nizamnaməsinin fundamental prinsipləri əsasında tənzimlənməsi təşəbbüsü ilə çıxış edib. Çinin təşəbbüsünün “predmetliyi” nədən ibarətdir, təfərrüatlar məlum deyil. İslamabadda danışıqlar başlayanda bir sıra KİV yazmışdı ki, İran nümayəndə heyəti “Tehran imtina edərsə, neft alışını dayandırmaqla hədələyən Çinin tələbinə tabe olub”.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İran   ABŞ  


Bizi "telegram"da izləyin