Ordu.az xəbər verir ki, bu barədə “Bild” yazır.
Həmin qərar milli müdafiəyə və ya NATO çərçivəsində hərbi əməkdaşlığa xidmət etməlidir. Nəzərdə tutulan dəyişikliklər parlamentdə təsdiq aldıqdan sonra mümkün qədər tez qüvvəyə minməlidir.
Hələ martın əvvəlində hökumət nüvə silahına dair qüvvədə olan qadağanın yenidən nəzərdən keçirilməsi niyyətini açıqlamışdı. Müdafiə Nazirliyi Finlandiyanın NATO-da öz rolunu yerinə yetirə bilməsi üçün aradan qaldırılmalı olan “hüquqi maneələrdən” danışmışdı.
Diqqətçəkən məqam budur ki, Finlandiya hələ 2021-ci ildə ABŞ-dən 64 ədəd F-35A qırıcı təyyarəsi almaq qərarı vermişdi. Həmin təyyarələr nüvə silahının tətbiqi üçün də nəzərdə tutulub. Əgər həqiqətən də ölkədə belə silah yerləşdirilərsə, Finlandiya Hərbi Hava Qüvvələrinin tərkibindəki F-35-lər NATO üçün əhəmiyyətini xeyli artıracaq.
Sevinc Əliyeva
Ordu.az