Ağ Evdə Trampın təhlükəsizliyi məsələləri müzakirə olunacaq

2026/04/1777224973.jpg
Oxunub: 302     19:19     27 Aprel 2026    
Ağ Ev bəyan edib ki, Ağ Ev müxbirlər assosiasiyasının şam yeməyi zamanı baş vermiş atışmadan sonra Ağ Evin aparat rəhbəri Syuzan Uayls bu həftə ABŞ prezidenti Donald Trampın təhlükəsizliyi məsələlərini müzakirə etmək üçün müşavirə çağıracaq.

Ordu.az xəbər verir ki, bu barədə “USA Today” yazır.

Rəsmi şəxsin sözlərinə görə, Uayls prezidentin iştirakı ilə keçirilən vacib tədbirlərin təşkili qaydalarını və protokol məsələlərini müzakirə etmək üçün Ağ Evin operativ qrupu, Məxfi Xidmət və Daxili Təhlükəsizlik Nazirliyinin rəhbərliyi ilə görüşəcək.

Müşavirə zamanı təhlükəsizliyin təmin olunması məsələləri müzakirə ediləcək, həmçinin iri tədbirlərin təhlükəsizliyini təmin etmək üçün bütün mümkün tədbirlərin görülməsi variantları nəzərdən keçiriləcək. Bunu Ağ Evin yüksəkvəzifəli nümayəndəsi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ağ-Ev  


Bizi "telegram"da izləyin