Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya ümid edir ki, İran xalqı sınaqlar dövrünü geridə qoyacaq və sülh bərqərar olacaq.
“İran xalqı öz suverenliyi uğrunda cəsarətlə və qəhrəmancasına mübarizə aparır”, - deyə Putin bildirib.
Əraqçi isə öz növbəsində əlavə edib ki, İranın Ali Rəhbəri və Prezident Məsud Pezeşkian ən xoş arzularını Putinə çatdırıblar. O vurğulayıb ki, İran xalqı öz dözümlülüyü sayəsində ABŞ-nin təcavüzünə tab gətirə bilib və gələcəkdə də buna davam edə biləcək.
***
Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin və İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilir.
Bu barədə
Ordu.az Rusiya mediasına istinadən xəbər verir.
Rusiya tərəfdən görüşdə XİN başçısı Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak edir.
İran nümayəndə heyətinin tərkibinə Əraqçi il yanaşı, İran XİN başçısının müavini Kazım Qərib-Abadi və İranın Moskvadakı səfiri Kazım Cəlali daxildir.
Sevinc Əliyeva
Ordu.az