“The Express Tribune”: Pakistan İranla tranzit ticarətə icazə verib

2026/04/1775898592.jpg
Oxunub: 371     15:29     27 Aprel 2026    
Regional ticarətin təşviqinə yönəlmiş siyasətin köklü şəkildə yenidən nəzərdən keçirilməsi çərçivəsində Pakistan öz ərazisi vasitəsilə İrana yükdaşımaların tranzitinə icazə vermək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyinə istinadən “The Express Tribune” nəşri məlumat yayıb.

Pakistan qurumu tərəfindən qəbul edilmiş “İranla tranzit ticarət haqqında, 2026” yeni qanunu artıq qüvvəyə minib. Bu, istənilən üçüncü ölkədən gələn malların Pakistan ərazisi ilə daşınaraq İranın müvafiq məntəqələrinə çatdırılmasına imkan verir. Nəşrin qiymətləndirməsinə görə, bu qərar sərhədyanı ticarətin genişləndirilməsi və regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi yolunda “əsas addım”dır.

Bu qərarın icrası üçün Pakistan hökuməti 1950-ci il “İdxal və ixrac nəzarəti haqqında” qanuna dəyişikliklər edib və tranzit sazişinin hüquqi əsaslarını təmin edib. Rəsmilərin izahına görə, yeni tənzimləmə yalnız Pakistan sərhədlərindən kənarda istehsal olunan və ölkə ərazisi ilə İrana daşınan mallara aiddir. Onlar həmçinin əlavə ediblər ki, Qvadar, Karaçi və Qasım limanları əsas tranzit qovşaqlarına çevriləcək və tacirlər, yükdaşıma operatorları üçün logistika çevikliyi təmin edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İran  


Bizi "telegram"da izləyin