“Axios”: Tramp aprelin 27-də İranla bağlı növbəti addımları müzakirə etmək niyyətindədir

2026/04/1777000451.jpg
Oxunub: 350     15:27     27 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp aprelin 27-də İranla bağlı ABŞ-nin gələcək addımlarını müzakirə etmək üçün kabinet iclası keçirmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr detallı şəkildə bildirir ki, ABŞ lideri “danışıqlarda yaranmış çıxılmaz vəziyyəti və müharibədə növbəti addımların mümkün variantlarını” müzakirə etməyi planlaşdırır.

Eyni zamanda, “Axios” məlumat verir ki, Tehran münaqişənin tənzimlənməsi ilə bağlı yeni təklifini Vaşinqtona ötürüb. Danışıqlar nəticəsində ABŞ blokadasının aradan qaldırılması, Hörmüz boğazının açılması və İranın nüvə proqramının gələcəyi müzakirə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin