Ordu.az xəbər verir ki, bu barədə təşkilat hesabat yayıb.
Qeyd edilir ki, yenidən dərc zərurəti 2026-cı il aprelin 13-də Ermənistan Baş Prokurorluğu tərəfindən Təşkilata yeni məlumatların təqdim edilməsi ilə bağlıdır. Əvvəllər təqdim edilən məlumatlar tam olmadığı üçün onlar hesabatın ilkin variantında dərc edilmiş məlumatlardan fərqlənirdi.
“Bu hesabatda 2025-ci il ərzində Ermənistan Silahlı Qüvvələrində və Milli Təhlüəsizlik Xidmətinin (MTX) sərhəd qoşunlarında hərbçilərin ölüm hallarının statistikası, onların səbəblərinin təhlili və silahlı qüvvələrdə insan hüquqlarının müdafiəsinin ümumi vəziyyəti təqdim olunub.
2025-ci il ölüm statistikası və səbəbləri
HVAV-ın araşdırmalarına görə, 2025-ci ildə Ermənistan Silahlı Qüvvələrində 35 hərbçinin ölüm halı qeydə alınıb, onlardan 2-si Ermənistan MTX sərhəd qoşunlarında baş verib.
Hərbçilərin ölüm səbəbləri bunlardır:
sağlamlıq problemləri - 12 hal,
avtomobil qəzası - 8 hal,
intihar və ya intihara çatdırma - 6 hal (2-si MTX sərhəd qoşunlarında),
bədbəxt hadisə - 5 hal,
qətl - 2 hal,
sağlamlığa ağır zərər vurma (zorakılıq) - 1 hal,
narkotik istifadəsi - 1 hal.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Ermənistan Silahlı Qüvvələrində 40 hərbçinin ölüm halı aşağıdakı səbəblərlə qeydə alınıb:
avtomobil qəzası - 13 hal,
intihar və ya intihara çatdırma - 9 hal,
sağlamlıq problemləri - 5 hal,
atəşkəs rejiminin pozulması - 4 hal,
qətl - 3 hal,
bədbəxt hadisə - 3 hal,
aviaqəza - 2 hal,
yanğın - 1 hal”, - deyə təşkilat bildirib.
Təşkilat 2024 və 2025-ci illərdə erməni hərbçilərin ölüm hallarını və onların səbəblərini müqayisə edərək qeyd edir ki, onlar 9 faiz azalıb.
“HVAV 2010-cu ildən etibarən müdafiə və təhlükəsizlik sahəsinə vətəndaş nəzarəti çərçivəsində silahlı qüvvələrdə insan hüquqlarının vəziyyətinin monitorinqini həyata keçirir. Təşkilat Ermənistan silahlı qüvvələrində (2023-cü ilə qədər isə həmçinin Qarabağdakı qüvvələr) hərbçilərin ölüm hallarını və onların səbəblərini araşdırır.
Bu araşdırmalar vasitəsilə təşkilat hərbçilərin yaşamaq hüququnun müdafiəsinə yönəlmiş dövlətin üzərinə götürdüyü öhdəliklərin icra vəziyyətini qiymətləndirir. İndiyədək HVAV 40-dan çox illik, yarımillik və rüblük arayış və hesabat dərc edib”, - deyə hesabatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az