Zelenski səfərbərliyin və hərbi vəziyyətin uzadılmasını təşəbbüs edib

2026/04/1776779801.jpg
Oxunub: 458     11:29     27 Aprel 2026    
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətlərinin uzadılması barədə qanun layihələrini Ali Radaya təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə parlamentin rəsmi saytına istinadən “RBK-Ukrayna” məlumat yayıb.

Söhbət 15197 və 15198 nömrəli qanun layihələrindən gedir və onlarla dövlət başçısının müvafiq fərmanlarının təsdiqlənməsi nəzərdə tutulur.

“Ukrayna Prezidentinin 2026-cı il aprelin 27-si tarixli “Ümumi səfərbərlik müddətinin uzadılması haqqında” fərmanı təsdiq edilsin. Qanun 2026-cı il mayın 4-dən qüvvəyə minir”, - deyə sənədin mətnində qeyd olunub.

Ali Rada tərəfindən bu layihələr qəbul edildikdən və Prezident tərəfindən imzalandıqdan sonra hərbi vəziyyət və səfərbərlik daha 90 gün, 2026-cı il avqustun 2-dək uzadılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin