Obama Trampın qəbul mərasimində baş verən atışmanı şərh edib

2025/07/1752990457.jpg
Oxunub: 358     09:27     27 Aprel 2026    
ABŞ-nin keçmiş Prezidenti Barak Obama Vaşinqtondakı “Washington Hilton” hotelində Donald Trampın qəbul mərasimi zamanı baş verən atışmanı şərh edərək bildirib ki, zorakılığın demokratiyada yeri yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Ötən gün Ağ Ev müxbirlərinin şam yeməyi zamanı baş verən atışmanın motivləri barədə hələ təfərrüatlar olmasa da, bizim borcumuz zorakılığın demokratiyamızda yer tutduğu fikrini rədd etməkdir”, - deyə o, “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirib.

Obama həmçinin Məxfi Xidmətin işinin əhəmiyyətini vurğulayıb.

Tramp və həyat yoldaşı Melaniya aprelin 25-də Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyindən atəş səsləri eşidildikdən sonra təxliyə olunublar. ABŞ lideri daha sonra atəş açan şəxsin saxlanıldığını bildirib. ABŞ prokuroru Janin Pirro deyib ki, şübhəli şəxs aprelin 27-də məhkəməyə çıxarılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Obama   Tramp  


Bizi "telegram"da izləyin