Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Mən nə baş verdiyini görmək istəyirdim. Yəqin ki, onları bir az ləngitdim. Dedim ki, bir dəqiqə gözləyin, bir dəqiqə gözləyin. Qoy baxım”, - deyə Tramp “CBS”ə müsahibəsində jurnalistin təhlükəsizlik komandasının hərəkətlərinin niyə xaotik və ləng göründüyü barədə sualına cavab verərkən bildirib.
Müsahibəni aparanın sözlərinə görə, Məxfi Xidmət agentlərinə Prezidenti əhatəyə almaq üçün 10 saniyə, onu oradan çıxarmaq üçün isə əlavə 20 saniyə lazım olub.
Tramp və həyat yoldaşı Melaniya aprelin 25-də Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyindən atəş səslərindən sonra təxliyə olunublar. Daha sonra ABŞ lideri atəş açan şəxsin saxlanıldığını bildirib. Vaşinqton prokuroru Janin Pirro deyib ki, atışmadan sonra saxlanılan şəxs aprelin 27-si bazar ertəsi məhkəməyə çıxarılacaq.
Sevinc Əliyeva
Ordu.az