Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“LinkedIn” profilinə görə, Allen bakalavr pilləsinin yay kursları çərçivəsində elmi işçi olub.
“NASA-nın Reaktiv Hərəkət Laboratoriyası zorakılığı qəti şəkildə pisləyir və bu hadisə nəticəsində zərər çəkənlərin hamısına başsağlığı və dəstəyini bildirir. Biz təsdiq edə bilərik ki, şübhəli şəxs 2014-cü ildə təxminən üç ay JPL-də təcrübə keçib. Bizdə şübhəli şəxslə Kaliforniya Texnologiya İnstitutunun məzununun eyni şəxs olduğunu təsdiqləyəcək araşdırma detalları yoxdur”, - deyə Siqal bildirib.
Bununla belə, “Fox News Digital” telekanalı şübhəli şəxslə Kaliforniya Texnologiya İnstitutunun keçmiş tələbəsinin eyni şəxs olduğunu təsdiqləyir.
Sevinc Əliyeva
Ordu.az