Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
“Təsdiqlənmiş 90 milyard avroluq Avropa dəstək paketi çərçivəsində ilk tranşı Ukraynanın müdafiəsi üçün daxili istehsala yönəldəcəyik. Söhbət pilotsuz uçuş aparatları və “miltech”in bütün istiqamətindən gedir”, - deyə məlumatda qeyd edilir.
Zelenski ikinci istiqamət kimi energetikanı qeyd edib. O vurğulayıb ki, növbəti qışa qədər dövlətin edə biləcəyi hər şeyi maksimum dərəcədə qorumaq lazımdır.
“Bunun üçün yerli büdcələrdən başqa, mərkəzi büdcədən ayıra biləcəyimiz vəsaitin bir hissəsi də nəzərdə tutulub. Əlavə vəsait də 90 milyardlıq paketin bu tranşlarından təmin olunacaq. Biz onlardan bir neçə milyardı məhz energetikanın müdafiəsinə yönəltməyi planlaşdırırıq”, - deyə Zelenski bildirib.
O əlavə edib ki, bu məsələ Kiprdə Avropa liderləri ilə müzakirə olunub.
Daha əvvəl, aprelin 23-də Avropa Şurası Ukraynaya 90 milyard avroluq kreditin verilməsini razılaşdırmışdı. Onun ödənilməsi Rusiyanın dondurulmuş aktivləri hesabına həyata keçiriləcək.
Sevinc Əliyeva
Ordu.az