"Rusiya Ukrayna ilə bağlı ABŞ-lə təmaslara açıqdır" - Lavrov

2026/02/1770058049.jpg
Oxunub: 330     04:29     27 Aprel 2026    
Moskva Ukraynadakı nizamlanma ilə bağlı ABŞ tərəfi ilə əlaqə saxlamağa həmişə açıqdır.

Ordu.az-ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz həmişə əlaqə saxlamağa açığıq. Onlar bizim mövqeyimizi bilirlər. Üstəlik, bunu Alyaskada da eşitdilər. Bu, onların təklifinə cavab olaraq təqdim edilmişdi. Əminəm ki, danışıqlar qrupunun üzvləri – Stiven Vitkoff və Cared Kuşner – bunu mütləq unutmayıblar”, – deyə nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin