Fidan: “Türkiyə Hörmüz boğazında minalardan təmizləmə əməliyyatlarında iştirak imkanını nəzərdən keçirə bilər”

2025/01/1738142498.jpg
Oxunub: 466     14:46     25 Aprel 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İran və ABŞ arasında mümkün sülh sazişi imzalandıqdan sonra Türkiyə Hörmüz boğazında minalardan təmizləmə işlərində iştirak imkanını nəzərdən keçirə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Cümə axşamı axşam Londonda jurnalistlərlə söhbəti zamanı Fidan deyib ki, istənilən razılaşmadan sonra boğazda minalardan təmizləmə işlərinin texniki qrup tərəfindən aparılması gözlənilir. O əlavə edib ki, Türkiyə prinsip etibarilə belə səylərə humanitar borc kimi müsbət yanaşır.

Türkiyənin xarici işlər naziri qeyd edib ki, minalardan təmizləmə ilə bağlı istənilən iş müxtəlif ölkələrdən ibarət texniki qrup tərəfindən həyata keçiriləcək. Həmin qrup İran və ABŞ arasında mümkün sülh müqaviləsi bağlandıqdan sonra formalaşdırılacaq.

Onun sözlərinə görə, belə şəraitdə Türkiyənin minalardan təmizləmə əməliyyatlarında iştirak etməsi ilə bağlı problemi olmayacaq.

Eyni zamanda Fidan xəbərdarlıq edib ki, gələcəkdə yaradılacaq istənilən texniki koalisiya münaqişənin yenidən başlanmasının tərəfinə çevrilərsə, Türkiyə öz mövqeyinə yenidən baxacaq.

O, həmçinin bildirib ki, onun fikrincə, İranın nüvə proqramı ilə bağlı məsələlər Pakistan’da keçiriləcək danışıqların növbəti mərhələsində həll oluna bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Türkiyə  


Bizi "telegram"da izləyin