İranda SEPAH-ın xüsusi əməliyyatları zamanı 240-a yaxın şəxs saxlanılıb

2026/03/1774248068.jpg
Oxunub: 416     12:42     25 Aprel 2026    
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin iki əyalətində - Kürdüstan və Kirmanşahda keçirilən əməliyyatlar zamanı 240-a yaxın şəxsin saxlanıldığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə "Al Jazeera" İran mediasına istinadən məlumat yayıb.

Bildirilib ki, Şərqi Kürdüstanda 11 nəfər saxlanılıb. Əməliyyatlar zamanı onlarda silah və sursat aşkarlanıb. Digər reydlər nəticəsində isə 70-ə yaxın şəxs saxlanılıb.

Kirmanşah əyalətində SEPAH-ın "əks-inqilabçı qruplarının" üzvləri adlandırdığı 155 nəfər saxlanılıb. İddiaya görə, onların arasında İsrailin "Mossad" kəşfiyyatının xeyrinə casusluqda şübhəli bilinən 4 nəfər var.

Bundan əlavə, Tehran polisi düşmən qurumlara raket zərbələrinin endiriləcəyi yerlər barədə məlumatları toplamaqda və ötürməkdə şübhəli bilinən 1 nəfərin saxlanıldığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   SEPAH  


Bizi "telegram"da izləyin