İnsanlar nə vaxt Ayda yaşaya biləcəklər? – PROQNOZ

2026/04/1777095344.jpg
Oxunub: 396     09:33     25 Aprel 2026    
ABŞ-nin “Voyager Technologies” kosmik şirkətinin icraçı direktoru Dilan Teylorun sözlərinə görə, bəşəriyyət artıq gələn onillikdə Ayda yaşayıb işləyə biləcək.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“İnsanlar 2020-ci illərin sonlarında Aya gedəcəklər. Orada bizim hansısa Ay bazamız olacaq. Bu, böyük ehtimalla, həyat təminatı sistemi olan şişirdilə bilən yaşayış məkanı olacaq. 2030-cu illərdə, 2032, 2033-cü illərdə siz Nyu-Yorkun şimalındakı eyvanınızda oturub Aya baxacaq və işıqları görəcəksiniz. Çünki insanlar orada yaşayacaq və işləyəcəklər”, - deyə o, CNBC-yə müsahibəsində bildirib.

Teylor həmçinin qeyd edib ki, “kosmos hər zamankından daha əlçatandır” və sənaye yenicə inkişaf etməyə başlayır. O hesab edir ki, məlumat mərkəzləri beş il ərzində kosmosda fəaliyyət göstərə bilər.

Daha əvvəl ABŞ-nin “SpaceX” şirkətinin icraçı direktoru İlon Mask bildirmişdi ki, Ayda ilk şəhər 10 ildən də az müddətdə yarana bilər.

“The Wall Street Journal” xəbər verir ki, şirkət “Starship” kosmik gəmisinin Aya ilk pilotsuz enişini 2027-ci il mart ayında həyata keçirməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ay   Yaşayış  


Bizi "telegram"da izləyin