Aİ-Böyük Britaniya sammiti təxirə salınacaq

2026/06/1782146590.jpg
Oxunub: 184     20:28     22 İyun 2026    
Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın gələn aya planlaşdırılan sammiti təxirə salınacaq.

Ordu.az "Politico"ya istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antonio Koşta bildirib.

O, Böyük Britaniyanın istefa vermiş Baş naziri Kir Starmerin xələfinin tərəflər arasında münasibətlərin yenidən qurulmasına dair planların həyata keçirilməsində davamlılığı təmin edəcəyinə ümid etdiyini bildirib.

Daha əvvəl görüş iyulun 22-nə planlaşdırılıb və aqro-ərzaq sahəsində saziş, emissiya kvotalarının ticarəti, eləcə də gənclərin mobilliyi proqramı üzrə danışıqlar yekunlaşdırmalı idi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya    


Bizi "telegram"da izləyin