Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın bəyanatında deyilir.
“ABŞ və Ermənistan birlikdə daha təhlükəsiz və firavan dünya qurmaq işini davam etdirəcəklər. Mənim administrasiyam strateji tərəfdaşlığımızı möhkəmləndirir, erməni xalqı üçün mühüm imkanlar yaradır və Cənubi Qafqaz regionunda sabit sülhün bərqərar olmasına töhfə verir. Amerikalılar və ermənilər ortaq məqsədlə, yeni sülh dövrünü başlatmaq üçün tarixi Sülh Şurasında çiyin-çiyinə dayanırlar”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az