Fransa Rusiyaya endiriləcək nüvə zərbələrinin simulyasiyası ilə hərbi təlimlərə hazırlaşır

2026/04/1775290996.jpg
Oxunub: 478     08:32     25 Aprel 2026    
Fransa Rusiyaya endiriləcək nüvə zərbələrinin simulyasiyası ilə hərbi təlimlərə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə DW yazır.

Polşa ilə birlikdə Baltik dənizi və Polşanın şimal rayonlarının səmasında keçirilməsi nəzərdə tutulan Hərbi Hava Qüvvələrinin təlimlərində nüvə başlıqları və ASMP taktiki qanadlı raketləri ilə təchiz edilmiş “Rafale” çoxməqsədli qırıcıları iştirak edəcək. Polşalı pilotlar isə kəşfiyyat aparacaq və F-16 “Fighting Falcon” qırıcılarından buraxılacaq adi silahlarla zərbələr endirəcəklər.

“Zərbələrin simulyasiyası üçün hədəflər Rusiya və Belarus ərazisində yerləşən obyektlər olacaq, təlimlərin özü isə “Kremlin aqressiv siyasətinin təhlükəsi ilə üzləşən ölkələr üzərində Fransa nüvə çətirinin genişləndirilməsi elementi” olacaq”, - deyə Polşanın “WP Wiadomości” nəşri yazır.

Nəşrin məlumatına görə, Polşa-Fransa qarşılıqlı fəaliyyəti bu istiqamətdə NATO-nun bürokratik sisteminin hüdudlarından kənara çıxarılıb. Təlimlərin ssenariləri Rusiyanın mümkün hücumu halında əlavə proqramdır. Onların işə salınması üçün məşhur “5-ci maddə”nin tətbiqi tələb olunmur. Bu isə mümkün hücuma cavabın daha operativ olacağı anlamına gəlir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Rusiya  


Bizi "telegram"da izləyin