Ordu.az xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid bildirib.
“Gözlənilir ki, Əraqçi İslamabaddan Maskata, daha sonra isə Moskvaya yollansın. Buna görə də onun amerikalı emissarlarla nə vaxt görüşəcəyi hələ aydın deyil.
İki mənbə bildirib ki, amerikalı emissarlarla Əraqçi arasında görüş bazar ertəsi baş tuta bilər. Bundan əvvəl Cared Kuşner və Stiv Uitkof pakistanlı vasitəçilərlə ayrıca ikitərəfli danışıqlar aparacaqlar”, - deyə Ravid bildirib.
Sevinc Əliyeva
Ordu.az