Ordu.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
Nəşr qeyd edib ki, ötən həftəsonu fon der Lyayen Ankaranın Avropa İttifaqı üçün geosiyasi təhdid olduğunu eyham vurub.
“Biz Avropa qitəsinin formalaşmasının tamamlanmasına nail olmalıyıq ki, o, Rusiya, Türkiyə və ya Çin təsiri altına düşməsin”, - deyə o bildirib.
Müəllif qeyd edib ki, Fon der Lyayenin bəyanatları Türkiyədə geniş rezonans doğurub.
“Mişel də onun sözlərini tənqid edib və Türkiyəni NATO-nun əsas müttəfiqi, mühüm tərəfdaş, enerji dəhlizi, Avropanın müdafiə sektorunda iri oyunçu və ciddi regional güc adlandırıb. “Avropa ikili standartlar tətbiq etməklə və ya reallığı sadələşdirməklə daha güclü olmayacaq”, - deyə o əlavə edib.
Bu söz atışması Mişellə fon der Lyayen arasında 2021-ci ildə Türkiyəyə səfər zamanı yaranmış köhnə düşmənçiliyi yenidən alovlandırıb. Həmin vaxt Ankarada Rəcəb Tayyib Ərdoğan ilə görüş zamanı ozamankı Avropa Şurası prezidenti onun yanında yer almış, Komissiya rəhbərini isə yan divana yönəltmişdi”, - deyə nəşr yazıb.
“Politico” vurğulayıb ki, bununla belə, fon der Lyayeni tənqid edən Mişel özü də Nikos Xristodulidis tərəfindən sərt tənqid olunub.
Sevinc Əliyeva
Ordu.az