ABŞ-də ölüm hökmünün icrası üçün güllələnmə üsulu da tətbiq olunacaq

2026/04/1777090402.jpg
Oxunub: 410     08:04     25 Aprel 2026    
ABŞ Ədliyyə Nazirliyi “qanuni ölüm hökmü qərarlarını icra etmək öhdəliyini” bərpa edib və bununla ölüm cəzasına məhkum olunmuş məhbusların bütün apellyasiya imkanları tükəndikdən sonra edamların həyata keçirilməsinə yol açıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Donald Trampın ilk prezidentlik dövründə olduğu kimi ölüm hökmü qərarlarının icrası üçün ölümcül iynələrdən də istifadə olunacaq, həmçinin güllələnmə üsulu da tətbiq ediləcək. Bu addımlar ən vəhşi cinayətlərin qarşısını almaq və ədaləti təmin etmək baxımından həlledici əhəmiyyət daşıyır”, - deyə qurum bildirib.

Nazirlik 44 təqsirləndirilən şəxs barəsində ölüm hökmü çıxarılmasına icazə verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ölüm-hökmü  


Bizi "telegram"da izləyin