ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib

2026/04/1776059858.jpg
Oxunub: 461     05:45     25 Aprel 2026    
ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotiklərin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində iki narkotacir öldürülüb.

"SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə "Cənub nizəsi" birləşmiş əməliyyat qrupu aprelin 24-də gəmiyə zərbə endirib... Kəşfiyyat məlumatları onun Sakit okeanın şərq hissəsində narkotik vasitələrin qaçaqmalçılığı üzrə məlum marşrutlarla hərəkət etdiyini və narkotrafiki həyata keçirmək üçün istifadə olunduğunu təsdiqləyib", - məlumatda bildirilib.

Əməliyyat zamanı ABŞ hərbi qulluqçularından heç kim xəsarət almayıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Narkotik  


Bizi "telegram"da izləyin