“Otokar” DSA 2026-da Asiya-Sakit okean bölgəsində iddiasını artırdı

2026/04/1777060518.jpg
Oxunub: 563     23:51     24 Aprel 2026    
Türkiyənin quru nəqliyyat vasitələri ixracı üzrə lideri “Otokar” quru sistemləri sahəsindəki məhsul və qabiliyyətlərini qlobal miqyasda nümayiş etdirməyə davam edir.

Ordu.az xəbər verir ki, “Koç Topluluğu” şirkətlərindən olan “Otokar” Asiya-Sakit okean bölgəsində strateji mövcudluğunu gücləndirmək hədəfi çərçivəsində 2026-cı il aprelin 20-23-də Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən DSA 2026 (Defence Services Asia) sərgisində iştirak edərək məhsullarını nümayiş etdirib.

“Otokar” sərgidə dünyaca tanınan 4×4 Taktik Təkərli Komanda-İdarəetmə Zirehli Maşını COBRA II-nin sağ sükanlı versiyası və ARMA 6×6 Zirehli Döyüş Maşını ilə yer alıb.

Sərgi boyu quru sistemləri sahəsindəki imkanlarını müxtəlif ölkələrdən gələn ziyarətçilərə ətraflı şəkildə təqdim edən “Otokar” sistemlərinin sahədə istifadə bacarıqlarını və əməliyyat imkanlarını çatdırıb.

Uzun illərdir NATO və Birləşmiş Millətlər Təşkilatının quru nəqliyyat vasitələri tədarükçüləri arasında yer alan “Otokar”ın 33 mindən çox hərbi nəqliyyat vasitəsi təxminən 50 ölkədə 80-dən çox son istifadəçinin inventarında aktiv xidmət aparır. Müxtəlif coğrafiyalarda qazandığı təcrübəni nəqliyyat vasitələrinin hazırlanması işlərinə əks etdirən “Otokar” Asiya-Sakit okean bölgəsində mövcudluğunu artırmağa davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Otokar   DSA-2026  


Bizi "telegram"da izləyin