“An-28” təyyarəsi Rusiya “Shahed”lərini ovlamaq üçün uçan pilotsuz platformaya çevrilib

2026/04/1777055310.jpg
Oxunub: 752     22:24     24 Aprel 2026    
Ukrayna yeni yayımlanan görüntülərə əsasən, Rusiya istehsalı “Shahed” tipli hücum pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulmuş önləyici pilotsuz uçuş aparatlarını havadan buraxan platforma kimi modernləşdirilmiş “An-28” təyyarəsini istifadəyə verib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Ukraynanın “SkyFall” şirkəti tərəfindən hazırlanmış bir neçə P1-SUN önləyici pilotsuz uçuş aparatı birbaşa təyyarədən havaya buraxılıb ki, Rusiya pilotsuz aparatlarını hədəflərinə çatmamış vurub məhv etsin.

Operator “Aero.tim” tərəfindən “Instagram”da yayımlanan videoda “An-28” təyyarəsinin çoxsaylı xarici asqılarla təchiz edildiyi görünür, hər qanadda azı üç olmaqla ümumilikdə altı önləyici pilotsuz uçuş aparatı daşıya bilir.

Təyyarəyə həmçinin uçuş zamanı Rusiya pilotsuz aparatlarını aşkar etmək üçün optik nişanalma sistemi quraşdırılıb.

Kadrlarda Rusiya pilotsuz aparatı aşkar edildikdən sonra “An-28”dən pilotsuz uçuş aparatlarının buraxıldığı, daha sonra isə bort kamerası vasitəsilə FPV sisteminə bənzər üsulla hədəfə yönəldildiyi və toqquşma zamanı partlayaraq hədəfi vurduğu görünür.

Bu konsepsiya “hava-hava” raketlərinə daha ucuz alternativ kimi nəzərdə tutulub və daha kiçik, daha aşağı qiymətli önləyici pilotsuz uçuş aparatlarına əsaslanır. Önləyici pilotsuz uçuş aparatlarının yerüstü sistemlər əvəzinə hava platformalarından buraxılması daha böyük çeviklik yaradır, uçuş müddətini azaldır və hədəfin izlənməsini yaxşılaşdırır, çünki Rusiya qüvvələri pilotsuz aparatların uçuş marşrutlarını daim dəyişir.

Ukrayna sistemləri ilə yanaşı, mühəndislər təlim uçuşları zamanı digər önləyici platformaları da sınaqdan keçiriblər. Bunlara hazırda Ukraynada sınaqdan keçirilən ABŞ istehsalı “Merops” pilotsuz uçuş aparatları da daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: An-28   Shahed  


Bizi "telegram"da izləyin