Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Danışıqların gedişindən xəbərdar olan Pakistan hökumətindəki iki mənbə bildirib ki, Əraqçinin səfəri qısa olacaq və məqsəd İranın ABŞ ilə danışıqlara dair təkliflərini müzakirə etməkdir. Daha sonra Pakistan vasitəçi kimi həmin təklifləri Vaşinqtona çatdıracaq.
Bu gün daha əvvəl amerikalı rəsmi “Reuters” agentliyinə bildirib ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və onun kürəkəni Cared Kuşner yaxın vaxtlarda İranın xarici işlər naziri ilə danışıqlar aparmaq üçün Pakistana yollanacaqlar.
Sevinc Əliyeva
Ordu.az