İsrail Livana zərbələri davam etdirir

2026/04/1777051529.jpg
Oxunub: 441     21:25     24 Aprel 2026    
Livan mənbələri ölkənin cənubunda İsrailin davam edən hücumları barədə məlumat veriblər.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi xəbər yayıb.

İsrailə məxsus hərbi təyyarələr Livanın cənubundakı Deyr Ames şəhərini bombalayıb.

Bundan əlavə, Bint Cübeyl şəhərinin ətrafına da hava zərbələri endirilib.

Bununla yanaşı, daha əvvəl Tramp atəşkəsi üç həftə uzatdığını bəyan etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin