Ordu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Fələstin” hərəkatının 21 yaşlı fəalı Fatema Racvani məhkəmədə bildirib ki, məqsədi İsrailin müdafiə şirkətinin Britaniyadakı müəssisəsinə hücum zamanı “mümkün qədər çox silahı sıradan çıxarmaq” olub.
Racvani 2024-cü il avqustun 6-da Bristol yaxınlığında fəaliyyət göstərən “Elbit Systems” şirkətinin ərazisinə daxil olaraq oradakı əmlakı məhv etməkdə ittiham olunan altı nəfərdən biridir.
Binaya daxil olduqdan sonra qrup kompüterləri, avadanlıqları və onun fikrincə “uşaqları öldürə biləcək” pilotsuz uçuş aparatlarını məhv etmək üçün çəkic və linglərdən istifadə edib.
“Elbit Systems UK” şirkəti İsrail ordusuna silah tədarük etməkdə ittiham olunur.
Sevinc Əliyeva
Ordu.az