Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə amerikalı rəsmi məlumat verib.
Vitse-prezident Cey Di Vens hazırda görüşdə iştirak etməyi planlaşdırmır, lakin gözləmə vəziyyətində olacaq və danışıqlarda irəliləyiş qeydə alınacağı halda İslamabada getməyə hazır olacaq.
Bundan əvvəl agentlik xəbər vermişdi ki, Abbas Əraqçi cümə günü axşam kiçik nümayəndə heyəti ilə İslamabada gələcək və burada ehtimal ki, ABŞ ilə sülh danışıqları keçiriləcək.
Sevinc Əliyeva
Ordu.az