“Bloomberg”: İran ABŞ-nin blokadasına baxmayaraq supertankerlərə neft yükləməyə davam edir

2026/03/1773424540.jpg
Oxunub: 399     20:42     24 Aprel 2026    
İran ABŞ-nin blokadasına baxmayaraq milyonlarla barel nefti supertankerlərə yükləməyə davam edir.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Avropa İttifaqının “Sentinel 1” peykindən əldə edilən görüntülər göstərir ki, xam neft daşınması üçün nəzərdə tutulmuş, təxminən 2 milyon barel neft daşımaq gücünə malik çox böyük tanker Xarq adasının liman körpüsü yaxınlığında lövbər salıb.

Bundan əvvəl şənbə günü çəkilmiş görüntülərdə Xarq yaxınlığında lövbər salmış gəmi görünmürdü.

Qeyd olunur ki, ABŞ Tehran üçün dəniz daşımaları blokadasını davam etdirsə, neft ticarəti getdikcə daha da çətinləşəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin