Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Daim dəyişən hərbi-siyasi vəziyyət şəraitində ikitərəfli hərbi əməkdaşlıq xüsusi aktuallıq qazanır. Bu, regional və qlobal təhlükəsizliyin əsas elementlərindən biridir”, - deyə Rusiyanın müdafiə naziri bildirib.
Andrey Belousov əminliyini ifadə edib ki, bugünkü danışıqlar tərəflərə mövqeləri dəqiqləşdirməyə və iki ölkə arasında strateji qarşılıqlı fəaliyyət çərçivəsində növbəti addımları müəyyən etməyə imkan verəcək.
Öz növbəsində Çin Xalq Respublikasının müdafiə naziri, admiral Dun Tsyun bildirib ki, Çin-Rusiya münasibətləri daim düzgün istiqamətdə və yüksək səviyyədə inkişaf edir.
Çinli hərbi rəsmisi vurğulayıb ki, cari il iki ölkə münasibətlərinin inkişafı, xüsusilə müdafiə əməkdaşlığı sahəsində mühüm dövrdür. Buna görə də həmin müddətdə yüksək səviyyədə çoxsaylı vacib tədbirlərin keçirilməsi planlaşdırılır.
Çinin hərbi qurumunun rəhbəri strateji qarşılıqlı fəaliyyəti gücləndirmək və qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üçün bütün imkanlardan istifadə etməyə hazır olduğunu bildirib ki, Çin-Rusiya münasibətlərinin yüksək keyfiyyətli inkişafına güclü təkan verilsin.
Sevinc Əliyeva
Ordu.az