Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Şirkətin yaydığı məlumata görə, sözügedən müəssisə qısa müddətdə fəaliyyətə başlayıb və ortaq infrastrukturdan istifadə sayəsində birdən çox proqramı dəstəkləyəcək şəkildə hazırlanıb.
Sınaqların əsas məqsədi qısa mənzilli hava hücumundan müdafiədə istifadə edilən FIM-92 “Stinger” sisteminin potensial varisi kimi hazırlanan NGSRI üçün istehsala hazırlıq səviyyəsini ortaya qoymaq kimi izah olunub.
NGSRI proqramı “Lockheed Martin”in “Missiles and Fire Control Advanced Programs” portfeli çərçivəsində həyata keçirilir. Proqramın mərkəzində istehsal səmərəliliyini artırmaqla yanaşı sürətli miqyaslana bilən sənaye infrastrukturu yaratmaq dayanır.
İstehsal yanaşması və güc hədəfi
Yeni istehsal yanaşması montaj müddətini azaltmaq və prosesləri sadələşdirmək məqsədilə əlavə istehsal texnologiyalarından daha geniş istifadə edilməsinə əsaslanır. İkili robot hüceyrələri də daxil olmaqla avtomatik və yarı avtomatik iş stansiyaları əl əməyini azaltmağı və istehsal sürətini artırmağı hədəfləyir.
Standartlaşdırılmış avadanlıqlar və dəyişdirilə bilən qurğular sayəsində texniklərin istehsal xətti daxilində fərqli vəzifələr arasında sürətli keçid etməsi mümkün olur. Bu quruluş daha çevik və çoxşaxəli işçi qüvvəsindən istifadəyə imkan yaradır.
“Lockheed Martin” həmçinin müəssisənin modul quruluşuna diqqət çəkərək avadanlıq və personalın ehtiyaclara uyğun olaraq fərqli proqramlar arasında yönləndirilə bildiyini vurğulayıb. Bu modelin xüsusilə gələcəkdə arta biləcək tədarük tələblərinə sürətli cavab verə biləcək yüksək istehsal tempini dəstəkləməsi nəzərdə tutulur.
Proqramın gələcəyi və rəqabət prosesi
ABŞ Quru Qoşunları qısa mənzilli hava hücumundan müdafiənin modernizasiyası çərçivəsində “Stinger” sistemini əvəz edəcək yeni həll axtarışını davam etdirir. Bu ehtiyac xüsusilə pilotsuz uçuş aparatları və alçaq hündürlükdə uçan hədəflərdən qaynaqlanan təhdidlərin artması ilə daha da qabarıq hal alıb.
NGSRI bu çərçivədə qiymətləndirilən namizəd sistemlərdən biri kimi önə çıxır. “Lockheed Martin” bildirib ki, həyata keçirilən nümayiş ABŞ Quru Qoşunları rəsmiləri ilə istehsal modeli və mümkün güc artırımı təqvimlərini qiymətləndirmək üçün mühüm imkan yaradıb. Proqramın gələcək tədarük mərhələlərində istehsal gücü və təhvil müddətlərinin müəyyənedici amillər arasında yer alacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az