Ordu.az xəbər verir ki, bu, “Reuters”in Pentaqon elektron məktubunda guya İspaniyanın alyansdakı iştirakının dayandırılmasının müzakirə edildiyi barədə yaydığı məlumatdan sonra baş verib.
Berlində keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Almaniya hökumətinin nümayəndəsi bildirib ki, İspaniyanın NATO üzvlüyü şübhə altına alınmır.
“İspaniya NATO üzvüdür və bunun dəyişməsi üçün heç bir səbəb görmürəm”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az