CENTCOM: Yaxın Şərqdə ilk dəfə ABŞ-nin 3 aviadaşıyıcısı yerləşdirilib

2026/04/1776086982.jpg
Oxunub: 286     14:38     24 Aprel 2026    
İlk dəfə olaraq 3 ABŞ aviadaşıyıcısı eyni vaxtda Yaxın Şərq regionundakı əməliyyatlara cəlb olunub.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X"də məlumat yayıb.

Qeyd olunub ki, gəmilərin göyərtəsində ümumi sayı 200 təyyarə və 15 min hərbi qulluqçudan ibarət texnika və şəxsi heyət yerləşir.

"Onilliklər ərzində ilk dəfə olaraq 3 aviadaşıyıcısı eyni vaxtda Yaxın Şərqdə fəaliyyət göstərir. "USS Abraham Lincoln", "USS Gerald R. Ford" və "USS George H.W. Bush" aviadaşıyıcılarına 200-dən çox təyyarə və 15 000 dənizçi və dəniz piyadası daxildir", - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CENTCOM   ABŞ   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin