Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Şirkətin bildirdiyinə görə, bu addım “Kongsberg Maritime” bölməsinin ayrılaraq ayrıca şirkət kimi birjada ticarət olunmağa başlamasından sonra atılıb. Bununla əsas şirkətin müdafiə, müşahidə və kritik infrastrukturun qorunmasına yönəlmiş texnologiyalara fokuslanmasının yolu açılıb.
İdarə Heyətinin sədri Eivind Reyten bu qərarın dəyişən bazar şərtləri və təhlükəsizliklə davamlılıq həllərinə uzunmüddətli tələbat səbəbindən alındığını deyib.
Digər tərəfdən, Eirik Lie 2016-cı ildən 2026-cı ilə qədər şirkətə rəhbərlik etmiş Qeir Haoyun yerinə baş icraçı direktor vəzifəsini icra etməyə başlayıb.
Şirkətin portfelində “Naval Strike Missile”, “Joint Strike Missile”, NASAMS hava hücumundan müdafiə sistemi, uzaqdan idarə olunan silah stansiyaları ilə yanaşı, okean müşahidəsi və kosmos əsaslı tətbiqlərə yönəlmiş texnologiyalar da yer alır.
“Kongsberg Gruppen” baş qərargahı Norveçdə yerləşən və təxminən 20 ölkədə 7 min 500-dən çox əməkdaşı olan qlobal texnologiya şirkətidir.
Sevinc Əliyeva
Ordu.az