Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Şirkət rəsmilərinin bildirdiyinə görə, bu addım “Blitz Technology”nin qlobal miqyasda mövcudluğunu genişləndirmək planının bir hissəsi kimi atılıb.
Sosial şəbəkədə açıqlama verən şirkətin həmtəsisçisi və baş icraçı direktoru Kadir Doğan bildirib ki, şirkət dünyanın ən böyük müdafiə bazarı olan ABŞ-də daimi mövcudluq yaratmağı və sektordakı rolunu böyütməyi hədəfləyir.
“Blitz Technology” həmçinin ABŞ-də “Blitz Technology Inc.” adlı yeni şirkət qurduğunu açıqlayıb. Bu təşəbbüsün xüsusilə kəşfiyyat, müşahidə və aşkarlama (ISR) sistemləri sahəsində şirkətin qlobal imkanlarını genişləndirmək planının bir hissəsi olduğu bildirilib.
Sevinc Əliyeva
Ordu.az