Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Kiprdə keçirilən Avropa İttifaqının qeyri-rəsmi sammitində jurnalistlərin suallarını cavablandıran Sançes vurğulayıb ki, yalnız rəsmi açıqlamalara və sənədlərə əsaslanır.
“İspaniya hökumətinin mövqeyi tamamilə aydındır: biz müttəfiqlərlə əməkdaşlığı dəstəkləyirik, lakin hər zaman beynəlxalq hüquq çərçivəsində”, - deyə o bildirib.
Bundan əvvəl KİV-lər Pentaqonda guya daxili yazışmalar aparıldığı və orada müttəfiqlərə təzyiq variantlarının, o cümlədən İspaniyanın NATO üzvlüyünün mümkün “dayandırılması”nın müzakirə edildiyi barədə məlumat yaymışdı.
Lakin belə addım hüquqi baxımdan alyansın bütün üzvlərinin razılığı olmadan mümkün deyil, çünki NATO qərarları yekdilliklə qəbul olunur.
İspaniya İran əleyhinə ABŞ və İsrail əməliyyatlarının ən sərt tənqidçilərindən biri olaraq qalır və daha əvvəl öz hərbi bazalarını əməliyyat üçün verməkdən imtina edib ki, bu da Vaşinqtonun narazılığına səbəb olub.
Sevinc Əliyeva
Ordu.az